Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 75 m² olan mənzilin bir otağının döşəməsi 2 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.