«Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Baş Prokurorluğun Azərbaycan Respublikasının vətəndaşı Mustafayev Röyal Fərman oğlunun ekstradisiyası haqqında vəsatəti Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatında bildirilib.
Xəbərə görə, Şəmkir rayon polis şöbəsinin icraatında olan cinayət işi üzrə R.Mustafayevin 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olmasına dair əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində 23.04.2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilməklə axtarış elan olunub. R.Mustafayev 24.08.2021-ci il tarixdə Rusiyada müəyyən edilərək saxlanılıb. 09.02.2021-ci il tarixində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Röyal Mustafayev Rusiya Federasiyasından Azərbaycana gətirilib.