Prezident İlham Əliyevin Sərəncamı ilə Elnur Əliyev Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini təyin edilib.
Elnur Əliyev Bakı Dövlət Universitetində Cinayət hüququ, Londonda Kings Kollecdə Beynəlxalq biznes hüququ üzrə təhsil alıb.
2010-2019-cu illərdə Bakı Dövlət Universitetində və 2010-2012-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında mühazirəçi kimi çalışıb.
2005-2008-ci illərdə Azərbaycan İqtisadi İnkişaf Nazirliyində Hüquq şöbəsində, Beynəlxalq əməkdaşlıq və xarici investisiyalar şöbəsində məsləhətçi vəzifəsində çalışıb. 2013-cü ilin aprel-iyun aylarında təhsil nazirinin köməkçisi, 2013-cü ilin iyulundan 2017-ci ilin dekabr ayınadək Təhsil Nazirliyində İnformasiya şöbəsinin müdiri vəzifəsində çalışıb. Bundan sonra isə Vergilər Nazirliyində nazirin müşaviri olub.
2020-ci ilin may ayından etibarən iqtisadiyyat nazirinin müavini vəzifəsində çalışıb.
///qaynarinfo