Ucnoqta.az
www.ucnoqta.az

Rövşən Nəcəf Dövlət Neft Şirkətinin prezidenti vəzifəsini icra edəcək

15:36 - 10 Fevral 2022 tarixində dərc olunub.

Rövşən Çingiz oğlu Nəcəf Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini vəzifəsindən azad edilib.

Ucnoqta.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Prezidentin digər Sərəncamı ilə Rövşən Çingiz oğlu Nəcəf Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti təyin edilib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Rövşən Çingiz oğlu Nəcəfə həvalə edilib.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Müəllif: