Ucnoqta.az
www.ucnoqta.az

Şuşada "ASAN xidmət" mərkəzi açılacaq

15:19 - 10 Fevral 2022 tarixində dərc olunub.

Vətəndaşlar işğaldan azad edilmiş ərazilərə köçdükdən sonra dövlət xidmətlərinə əlçatanlığı üçün “ASAN xidmət” mərkəzləri olacaq.

Bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib. Onun sözlərinə görə, ilk olaraq mərkəz Şuşada açılacaq:

“Artıq Şuşada layihə təsdiq olunub. Orada “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayacaq. Digər rayonlarımıza gəldikdə hamımız orada erməni vandalizminin şahidi olmuşuq, şəhərlərimizin soyqırımı həyata keçirilib. Hazırda həmin ərazilərdə infrastruktur layihələri həyata keçirilir. Ən birinci minalardan təmizlənmə, infraktrukturun qurulması olacaq. Təbii ki, zəruri şərait yaradıldıqdan sonra o ərazilərdə “ASAN xidmət” mərkəzləri də qurulacaq" - o qeyd edib.

Müəllif: