Ucnoqta.az
www.ucnoqta.az

İntihara cəhd edən şəxsi xilas edən polislər xəsarət aldılar - <font color=red><b>DİN</b></font>

11:43 - 10 Fevral 2022 tarixində dərc olunub.

Daxili İşlər Nazirliyi (DİN) Goranboy rayon İcra Hakimiyyətinin qarşısında intihara cəhdlə bağlı məlumat yayıb.
DİN-dən Ucnoqta.az-a bildirilib ki, fevralın 9-da saat 16 radələrində Goranboy şəhər sakini S.Həsənov rayon İcra Hakimiyyətinin qarşısında üzərinə yanacaq tökərək özünü yandırmağa cəhd göstərib.

Polis əməkdaşlarının çevikliyi sayəsində onun bu cəhdinin qarşısı alınıb, lakin bu zaman iki polis əməkdaşı yüngül dərəcəli yanıq xəsarətləri almışlar.
S.Həsənov xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.

Polis əməkdaşlarına xəstəxanada ilkin tibbi yardım göstərilib.
Araşdırma aparılır.

Müəllif: