Ucnoqta.az
www.ucnoqta.az

Mədət Quliyev direktoru vəzifədən azad etdi -<font color=red><b> YENİ TƏYİNAT</b></font>

18:56 - 9 Fevral 2022 tarixində dərc olunub.

Müdafiə Sənayesi Nazirliyinə (MSN) məxsus “Elektron Hesablayıcı Maşınları Zavodu” MMC-yə yeni direktor təyin olunub.

Yenisabah.az xəbər verir ki, həmin şəxs Eldar Vəliyevdir.

O, zavodun rəhbərliyində Murad Allahverdiyevi əvəz edib.

Xatırladaq ki, “Elektron Hesablayıcı Maşınları Zavodu” SSRİ Nazirlər Sovetinin 5 may 1972-ci il tarixli qərarı ilə 1986-cı ildə istismara verilib, 1993 – 2005-ci illərdə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyət göstərib, 2006-cı ildən isə MSN-nin tabeliyinə verilib. Onun nizamnamə kapitalı 32 629 515 manatdır.

 

Müəllif: