Ucnoqta.az
www.ucnoqta.az

​​​​​​​Goranboy Mərkəzi Xəstəxanasına yeni direktor təyin olundu

14:56 - 9 Fevral 2022 tarixində dərc olunub.

Goranboy rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru vəzifəsinə yeni təyinat olub.

APA-nın xəbərinə görə, Yahyayev Rauf Ruzvay oğlu Goranboy rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru vəzifəsinə təyin edilib. Yeni təyinatla bağlı rayon Mərkəzi Xəstəxanasında tədbir keçirilib və R.Yahyayev kollektivə təqdim olunub.

Təqdimatda Goranboy rayon İcra Hakimiyyəti başçısının müavini Mirvari Ağamalıyeva və TƏBİB-in koordinasiya şöbəsinin kordinatoru İmran Qurbanov iştirak ediblər.

R.Yahyayev 2009-2012-ci illərdə Gəncə Müalicə Diaqnostika mərkəzinin baş həkimi, 2012-2014-cü illərdə Dəliməmmədli şəhər xəstəxanasında cərrah, 2014-2020-ci illərdə Gəncə şəhər 2 nömrəli xəstəxanada cərrah, 2020-2022-ci illərdə isə Gəncə şəhəri Abbas Səhhət adına Xəstəxanada cərrahiyyə şöbəsinin müdiri işləyib.

 

Müəllif: