Ucnoqta.az
www.ucnoqta.az

Bayraqdar ilk dəfə açıqladı: <font color=red><b>PUA-lardan birinə... - VİDEO</b></font>

20:52 - 8 Fevral 2022 tarixində dərc olunub.

“Bayraqdar TB2” pilotsuz uçuş aparatlarının (PUA) yaradıcısı, Türkiyə Teknoloji Takımı Vakfının rəhbəri Səlcuk Bayraqdar Azərbaycanda işgüzar səfərdədir.

Ucnoqta.az Musavat.com-a istinadən xəbər verir ki, o, may ayında ölkəmizdə baş tutacaq "Texnoseft" festivalı ilə bağlı təşkil olunan tədbirdə, "İkinci Qarabağ Savaşında "Bayraqdar" PUA-larının müstəsna rolu oldu. Bu qələbə münasibətilə gələcəkdə PUA modellərinin birinə "Qarabağ" adını vermək barədə düşünürsünüzmü" sualına belə cavab verib:

"Bu fikri ilk dəfə siz söylədiniz. Amma gözəl bir fikirdir. Gələcəkdə belə bir təşəbbüs ola bilir. Çünki məhz Qarabağ savaşında ilk dəfə PUA-lar havaya uçdu. Bu, dünyada müharibə tarixində PUA-larla qələbə əldə edilən ilk savaş oldu. Ona görə bu çox şanlı müharibə sayılır. O baxımdan gözəl bir təşəbbüs olardı".

Qeyd edək ki, 44 günlük Qarabağ Savaşında tarix yazmış Türkiyə istehsalı olan "Bayraktar TB2" PUA-ları dünyada ən yaxşı robot təyyarəsi sayılır.

Müəllif: