Bakıda 24 yaşlı qız itkin düşüb.
Hadisə paytaxtın Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “V” massivində qeydə alınıb. Orada yaşayan 24 yaşlı Fərqanə Süleymanova yanvarın 28-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Onun axtarışları davam etdirilir.