Ucnoqta.az
www.ucnoqta.az

Pensiya yaşı azaldılacaq? - <font color=red><b>AÇIQLAMA</b></font>

13:59 - 8 Fevral 2022 tarixində dərc olunub.

Pensiya yaşının azaldılması ilə bağlı məsələ gündəmdə deyil. 

Ucnoqta.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov pensiyaların indeksləşdirilərək artırılması və pensiyaçılara maddi yardımın ayrılması ilə əlaqədar bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, araşdırmalar göstərir ki, orta uzunömürlülük 70 yaş həddinin üzərindədir: "Dünya təcrübəsini, real demoqrafik yaş həddini nəzərə alsaq, pensiyalarda yaş həddinin azaldılması nəzərdə tutulmur".

Müəllif: