Ucnoqta.az
www.ucnoqta.az

Xocavənddə qəzaya düşənlərin vəziyyəti açıqlandı

11:00 - 8 Fevral 2022 tarixində dərc olunub.

İki gün əvvəl Xocavənd rayonu ərazisində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobusun qəzaya düşən və Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilən 13 nəfərlik heyətinin müalicəsi davam edir. 

Səhiyyə Nazirliyindən verilən məlumata görə, onlarda ağırlaşma halları müşahidə olunmur.

Həmçinin reanimasiyada müalicə alan 2 nəfərdən biri bu gün ümumi palataya keçiriləcək. Həkimlər yaralıların vəziyyətini orta ağır kimi qiymətləndirir.

Qeyd edək ki, qəza hadisəsi nəticəsində axşam növbəsinə gedən işçilərdən 21 nəfər xəsarət alıb. 16 nəfər ilkin tibbi yardımdan sonra Bakıya təxliyə edilib. 5 nəfər isə Füzuli Rayon Mərkəzi Xəstəxanasındadır.

 

Müəllif: