Ucnoqta.az
www.ucnoqta.az

DİN Cəlilabadda üç nəfərin öldüyü yol qəzası ilə bağlı məlumat yaydı

12:17 - 7 Fevral 2022 tarixində dərc olunub.

Daxili İşlər Nazirliyi (DİN) Cəlilabad rayonunda üç nəfərin öldüyü yol qəzası ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən Ucnoqta.az-a daxil olan məlumatda deyilir:

"Fevralın 5-də saat 12 radələrində Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində rayon sakinləri K.Vəlizadənin idarə etdiyi “BMW”, Qorxmaz İsmayılzadənin idarə etdiyi “VAZ-21074” və Qusar rayon sakini S.Ağakişiyevin idarə etdiyi “Mercedes” markalı yük avtomobilləri toqquşub. Nəticədə Q.İsmayılzadə, sərnişinləri Tural Adıgözəlov və Mürsəl Quliyev hadisə yerində ölüb, xəsarət alan digər 3 nəfər isə xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır".

Müəllif: