Ucnoqta.az
www.ucnoqta.az

Balakən sakini qonağını bıçaqladı

10:31 - 7 Fevral 2022 tarixində dərc olunub.

Balakən sakini həmyerlisini bıçaqlayıb.

Hadisə rayonun Mahmalar kəndində qeydə alınıb. Kənd sakini, 1984-cü il təvəllüdlü Arzuman Heydərov sərxoş vəziyyətdə evində qonaq olan Tüllü kənd sakini, 1989-cu il təvəllüdlü Xəlil Xəlilova 4 bıçaq zərbəsi vurub.

Nəticədə. X. Xəlilov ağır vəziyyətdə Balakən rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.///Apa

 

Müəllif: