Ucnoqta.az
www.ucnoqta.az

Toylara görə 14 nəfər cərimələninb

09:18 - 7 Fevral 2022 tarixində dərc olunub.

5-6 fevral tarixlərində DİN-in, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 668 toy şənliyinin monitorinqini həyata keçirib.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Monitorinq 657 şadlıq sarayında, 11 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 14 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 2 nəfər barəsində toplanmış materiallar məhkəməyə göndərilib, 217 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Müəllif: