Ucnoqta.az
www.ucnoqta.az

Salyanda partlayış - <font color=red><b>xəsarət alanlar var</b></font>

08:49 - 7 Fevral 2022 tarixində dərc olunub.

Salyanda fərdi yaşayış evində partlayış olub.

Ucnoqta.az xəbər verir ki, rayonun Qarabağlı kəndində fərdi yaşayış evində qaz sızması nəticəsində partlayış olub. Nəticədə bir ailənin üç üzvü - 1980-ci il təvəllüdlü Qurbanov Zaur Mikayıl oğlu, onun həyat yoldaşı, 1981-ci il təvəllüdlü Qurbanova Şəfəq Əli qızı və ailənin övladı, 2001-ci il təvəllüdlü Qurbanov Mikayılov Zaur oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Zərərçəkənlər Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: