Ucnoqta.az
www.ucnoqta.az

Son sutkada koronaya yoluxanların sayı açıqlandı - <font color=red><b>FOTO</b></font>

18:45 - 6 Fevral 2022 tarixində dərc olunub.

Azərbaycanda bu gün koronavirus infeksiyasına 7 474 yeni yoluxma faktı qeydə alınıb, 4 840 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 25 nəfər COVID-19-dan dünyasını dəyişib.

İndiyədək ölkədə ümumilikdə 698 654 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 646 378 nəfər müalicə olunaraq sağalıb, 8 871 nəfər vəfat edib. 43 405 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 043, bu günə qədər isə ümumilikdə 6 267 457 test icra olunub.

Müəllif: