Ucnoqta.az
www.ucnoqta.az

Təhqir olunan jurnalistlər Sahibə Qafarovaya müracət edəcəklər

18:15 - 6 Fevral 2022 tarixində dərc olunub.

Xəbər verdiyimiz kimi, bir neçə gündür media və sosial şəbəkələrdə deputat Cavanşir Feyziyev və ailəsinə məxsus London məhkəməsində müsadirə olunan 5 milyon funt-sterlinq müzakirə olunur. Maraqlıdır ki, C.Feyziyev məsələ ilə bağlı səhəri gün müsahibə verərək məlumatı təsdiqləsə də, ötən gün yenidən geniş açıqlama yayıb. Milli Məclisin deputatı, Mətbuat Şurasının üzvü olan və ziyalı olduğunu elə bu yazıda iddia edən C.Feyziyev jurnalistlərin adını çəkərək təhqir edib.

Ucnoqta.az xəbər verir ki, "Unikal"-ın əldə etdiyi məlumata görə, deputatın təhqir etdiyi media nümayəndələri fevralın 7-də Milli Məclisin sədri Sahibə Qafarovaya yazılı müraciət ünvanlayacaqlar. Müraciətdə C. Feyziyev barəsində tədbir görülməsi və onun deputat mandatından mərhum edilməsi tələbləri yer alacaq. Jurnalistlərin müraciətinin Milli Məclisin İntizam komissiyasında təxirəsalınmadan müzakirə ediləcəyi və qəti qərar qəbul olunacağı da bildirilir.

Müəllif: