Ucnoqta.az
www.ucnoqta.az

Göyçayda zəncirvari yol qəzası olub

16:40 - 5 Fevral 2022 tarixində dərc olunub.

Göyçayda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alan var.

Hadisə rayonun Natavan küçəsində qeydə alınıb.

Belə ki, "Ford", "Chevrolet" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər rayon sakini müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Yaralı dərhal Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.///report

Müəllif: