Ucnoqta.az
www.ucnoqta.az

Nazir polkovnik-leytenantı yüksək vəzifəyə<font color=red><b> TƏYİN ETDİ</b></font>

15:26 - 5 Fevral 2022 tarixində dərc olunub.

Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin bölmə rəisi polis polkovnik-leytenantı Vəli Qocayev vəzifəsindən azad olunub.

Ucnoqta.az xəbər verir ki,“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin digər əmri ilə V.Qocayev Daxili İşlər Nazirliyinin (DİN) Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub.

DİN-in Mətbuat Xidməti faktı təsdiqləyib.

Müəllif: