Ucnoqta.az
www.ucnoqta.az

Salyanda ev yanıb

23:05 - 4 Fevral 2022 tarixində dərc olunub.

Salyan şəhərində ümumi sahəsi 40 m² olan birmərtəbəli evin (taxta və qamış konstruksiyalardan ibarət) yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: