Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilmiş sabiq səfir Eldar Həsənov apellyasiya şikayəti verib.
Bu barədə APA-ya onun vəkili Valeh Mehrəliyev xəbər verib.
Vəkil bildirib ki, şikayət ərizəsində müvəkkili barəsində bəraət qərarı verilməsi və əmlakları üzərindən həbsin götürülməsi xahiş olunub.