Ucnoqta.az
www.ucnoqta.az

Bakıda məktəbin damında şiferlər qopdu

16:51 - 4 Fevral 2022 tarixində dərc olunub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda üçmərtəbəli orta məktəb binasının damında bir neçə şiferin yerindən qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən verilən xəbərə görə, ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub. Xilasedicilər asılı vəziyyətdə qalan şiferləri müvafiq qaydada götürərək təhlükəni aradan qaldırıblar.

Müəllif: