Ucnoqta.az
www.ucnoqta.az

Gəncədə avara və dilənçiliklə məşğul olan 22 nəfər saxlanıldı

14:15 - 4 Fevral 2022 tarixində dərc olunub.

Gəncədə avara və dilənçiliklə məşğul olan 22 nəfər saxlanılıb.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşları tərəfindən şəhər ərazisində avara və dilənçiliklə məşğul olan 22 nəfər, o cümlədən 4 kişi, 11 qadın və 7 azyaşlı saxlanılıb.

Onlarla profilaktiki söhbətlər aparılıb, xəbərdarlıq edildikdən sonra yaşadıqları rayona göndəriliblər.

Müəllif: