Ucnoqta.az
www.ucnoqta.az

Gəncədə ata və oğul qonşu tərəfindən bıçaqlandı

10:52 - 4 Fevral 2022 tarixində dərc olunub.

Gəncə şəhərində qonşular arasında düşən mübahisə zəminində ata və oğul bıçaqlanıb.

"Report"un məlumatına görə, Gəncə şəhər sakinləri, 1964-cü il təvəllüdlü İ.Tağıyev və oğlu 1998-ci il təvəllüdlü A.Tağıyev mübahisə zəminində bıçaqla xəsarət alıblar.

Onlar xəstəxanaya yerləşdiriliblər. Həkimlər onların vəziyyətini qənaətbəxş kimi qiymətləndirirlər.

Hadisəni törətməkdə şübhəli bilinən 22 yaşlı R.Hüseynov isə polis əməkdaşları tərəfindən saxlanılıb. O, zərərçəkənlərin qonşusudur.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: