Ucnoqta.az
www.ucnoqta.az

"Tesla" 817 min avtomobili geri çağırır

07:00 - 4 Fevral 2022 tarixində dərc olunub.
ABŞ-ın elektrikli avtomobil istehsalçısı "Tesla" 817 143 avtomobili geri çağırır. "Report" xəbər verir ki, bu barədə ABŞ-ın Milli Avtomobil Yolları Administrasiyası məlumat yayıb. Buna səbəb təhlükəsizlik kəmərində yaranan problemlər göstərilir. Geri çağırılan lota "Model S", "Model X", "Model 3s" və "Model Y" daxildir. Şirkət aprelin 1-dək sözügedən avtomobillərin sahiblərinə bildirişlər göndərəcəyini bildirib.
Müəllif: