Türkiyə Böyük Millət Məclisi Şuşa Bəyannaməsini ratifikasiya edib.
APA-nın xəbərinə görə, “Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə” qanun layihəsinin lehinə 266 deputat səs verib.Qeyd edək ki, fevralın 1-də “Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə” qanun layihəsi Türkiyə parlamentinə daxil olub.