Daha bir hərbçimiz <font color=red><b>VƏFAT ETDİ</b></font>
14:57 - 3 Fevral 2022 tarixində dərc olunub.
Fevral ayının 3-də Dövlət Sərhəd Xidmətinin Yevlax şəhərində yerləşən hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu çavuş Nabatəlizadə Ceyhun Şahin oğlu qeyri-döyüş şəraitində vəfat edib.
Ucnoqta.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin rəhbər vəzifəli şəxsləri hadisə yerinə ezam olunublar.
Hadisə ilə əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir.