Ucnoqta.az
www.ucnoqta.az

Bakı İrəvanın delimitasiya və demarkasiya ilə bağlı təkliflərini rədd edib

13:07 - 3 Fevral 2022 tarixində dərc olunub.

Bakı Ermənistanın delimitasiya və demarkasiya ilə bağlı təkliflərinə mənfi reaksiya verib.

Ucnoqta.az xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan fevralın 3-də jurnalistlərlə söhbətində belə deyib.
O izah edib ki, müxtəlif təkliflər verilib və onlara mənfi cavab verilib. Mirzoyan əlavə edib ki, bu, ardıcıl prosesdir və Ermənistan üçün də qəbuledilməz olan təkliflər olub. “Biz dəfələrlə bildirmişik ki, Azərbaycanla sərhədin delimitasiyası prosesində maraqlıyıq”, - deyə nazir əmin edib.

Xatırladaq ki, bundan əvvəl Ermənistan Rusiya vasitəsilə Azərbaycana delimitasiya və demarkasiya komissiyasının işi ilə bağlı təkliflər vermişdi.

Müəllif: