Ucnoqta.az
www.ucnoqta.az

Bakıda avtomobil qadını vuraraq öldürdü

09:54 - 3 Fevral 2022 tarixində dərc olunub.

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisə baş verib.

Şəhər sakini, 1965-ci il təvəllüdlü Elsevər Səfərovun idarə etdiyi "Renault" markalı avtomobillə Səbail rayonu "Bayraq Meydanı" yaxınlığında yolu keçən 1960-cı il təvəllüdlü Həqiqət Məlikovanı vurub.

Piyada xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb.///Apa

 

Müəllif: