Ucnoqta.az
www.ucnoqta.az

Ötən gün 25 nəfər toylara buraxılmayıb

09:08 - 3 Fevral 2022 tarixində dərc olunub.

Fevralın 2-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 155 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-dən Ucnoqta.az-a verilən məlumata görə, monitorinqlər şadlıq saraylarında keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində 25 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Müəllif: