Ucnoqta.az
www.ucnoqta.az

Qazaxda xarici vətəndaş xəsarət aldı - <font color=red><b>TƏFƏRRÜAT</b></font>

23:32 - 2 Fevral 2022 tarixində dərc olunub.

Qazaxda naməlum şəraitdə xəsarət alan Gürcüstan vətənadışının avtomobil tərəfindən vurulduğu məlum olub.

Ucnoqta.az-ın APA-ya istinadən məlumatına görə, xəsarət alan şəxs Rustavi şəhər sakini 1961-ci il təvəllüdlü Gülordova Dato Guryeviçdir.
O, yolu keçmək istəyən zaman "Mercedes" markalı minik maşını tərəfindən vurulub.

Sürücü hadisə yerindən uzaqlaşıb.

***

21.02

Qazaxda Gürcüstan vətəndaşı naməlum şəraitdə xəsarət alıb.

Hadisə Qızmızı Körpü Gömrük məntəqəsinin yaxınlığında qeydə alınıb.

Ortayaşlı kişi müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, xəsarət alan şəxs Gürcüstan vətəndaşıdır. Onun yük maşınının sürücüsü olduğu deyilir.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Müəllif: