Ucnoqta.az
www.ucnoqta.az

DİN ərəblərin "xəsarət yetirdiyi" qadınla bağlı məlumat yaydı

11:54 - 2 Fevral 2022 tarixində dərc olunub.

Daxili İşlər Nazirliyi (DİN) Bakıda turistlərin evinə qonaq gedən qadının döyülməsi ilə bağlı məlumata münasibət bildirib.

DİN-in Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, qadının döyülüb xəsarət yetiriməsi ilə bağlı iddialar əsasızdır.

Qeyd edilib ki, hadisə baş verən ünvanda qadının özü-özünə xəsarət yetirməsi ilə bağlı görüntülər var:

"İddiaların təfərrüatları Səbail Rayon Polis İdarəsinin 39-cü Polis bölməsində araşdırılır".

Müəllif: