Ucnoqta.az
www.ucnoqta.az

Daha 16 koronavirus xəstəsi ictimai yerlərdə aşkarlanıb

11:06 - 2 Fevral 2022 tarixində dərc olunub.

Fevralın 1-də polis əməkdaşları tərəfindən respublika ərazisində 16 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

DİN-dən Ucnoqta.az-a verilən məlumata görə, polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Müəllif: