Ağcabədidə avtomobil İran maşınına çırpıldı, <font color=red><b>baba və nəvə öldü- FOTO</b></font>
00:51 - 2 Fevral 2022 tarixində dərc olunub.
Hadisə Aran qəsəbəsi - Bəhramtəpə magistral yolunda qeydə alınıb.
Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, yolun Ağcabədi rayon Qaravəlli kəndi sahəsindən keçən hissəsində "VAZ-21011" markalı minik maşını eyni istiqamətdə olan, İran İslam Respublikası vətəndaşına məxsus qoşqulu yük maşınına çırpılıb.Qəza nəticəsində minik maşınında olan baba və nəvə həlak olub. Onlar Ağcabədi rayon Təzəkənd kənd sakinləri Qasımov Cahid Camal oğlu və Qasımov Camal Cahid oğludur.
Faktla bağlı araşdırma başlanıb.