Ucnoqta.az
www.ucnoqta.az

Sabirabadda 83 yaşlı qadın yanaraq öldü

19:18 - 1 Fevral 2022 tarixində dərc olunub.

Sabirabadda ağır yanıq xəsarətləri alan 83 yaşlı qadın xəstəxanada ölüb.

APA-nın məlumatına görə, hadisə Sabirabad rayonunu Əsədli kəndində qeydə alınıb. Kənd sakini, 1939-cu il təvəllüdlü Qurbanova Gülüş Məriş qızı qaz cihazının üstünə aşması nəticəsində ağır yanıq xəsarətləri ilə Şirvan xəstəxanasına çatdırılıb. O, aldığı ağır dərəcəli yanıq xəsarətlərindən xəstəxanaya çatdırılandan bir qədər sonra dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif: