Ucnoqta.az
www.ucnoqta.az

Bakıda 16 yaşlı qız itkin düşüb

12:45 - 1 Fevral 2022 tarixində dərc olunub.

Bakıda 16 yaşlı qız itkin düşüb.

“Report”un məlumatına görə, hadisə yanvarın 30-u saat 12:00 radələrində paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.

Belə ki, 2006-cı il təvəllüdlü Səbinə Əlimuradova yaşadığı mənzili tərk edib və bir daha geri qayıtmayıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsində araşdırma aparılır.

Müəllif: