Ucnoqta.az
www.ucnoqta.az

Bakıda 2 yük maşını yandı

11:00 - 1 Fevral 2022 tarixində dərc olunub.

Bakıda yük avtomobilləri yanıb.

Fövqəladə Hallar Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, paytaxtın Binəqədi rayonunda "Shacman" markalı yük avtomobilinin yanar hissələri, yaxınlıqda dayanan “Mercedes” markalı digər yük avtomobilinin ban hissəsi və 2 ədəd ön təkəri yanıb. Avtomobilin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

Müəllif: