Ucnoqta.az
www.ucnoqta.az

Kriminal avtoritetin qızı intihar etdi - <font color=red><b>Foto</b></font>

22:41 - 31 Yanvar 2022 tarixində dərc olunub.

Xarkovda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılan kriminal avtoritet, “Qonçarik” ləqəbli Mixail Qonçarenkonun 33 yaşlı qızı intihar edib.

Lent.az-ın Ukrayna mediasına istinadla məlumatına görə, yanvarın 29-da qadın 5-ci mərtəbənin pəncərəsindən yıxılaraq ölüb. Hazırda polis intiharın depressiya səbəbindən olması versiyasını yoxlayır.

“Qonçarik” fiziki zorakılıqla hədələyərək yerli şirkət rəhbərindən 250 min dollar tələb etməkdə günahkar bilinir.

Yanvarın 17-də ölənin atası 150 min dolları alanda saxlanılıb. Onun 7 ildən 12 ilədək azadlıqdan məhrum edilməsi cəzası gözləyir. Ayın 19-da onun barəsində həbs qətimkan tədbiri seçilib. 

Müəllif: