Ucnoqta.az
www.ucnoqta.az

Bakıda 41 yaşlı qadın özünü binadan atdı

14:01 - 31 Yanvar 2022 tarixində dərc olunub.

Bakıda intihar hadisəsi olub.

Ucnoqta.az lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu Məhəmməd Hadi küçəsində qeydə alınıb.

Bakı şəhər sakini, 41 yaşlı İlhamə Firuz qızı Əhmədova yaşadığı binanın 5-ci mərtəbəsindən özünü ataraq intihar edib.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Xətai rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Müəllif: