Ucnoqta.az
www.ucnoqta.az

Bakıda lisey koronavirusa görə yenidən bağlandı

09:38 - 31 Yanvar 2022 tarixində dərc olunub.

Bakıda daha bir ümumtəhsil müəssisəsi koronavirusa görə distant tədrisə keçib.

Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı ilə Bakı Avropa Liseyində tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili 7 gün müddətinə dayandırılıb.

Qeyd edək ki, lisey ötən ilin noyabr ayında da eyni səbəblə distant təhsilə keçmişdi.

Müəllif: