Ucnoqta.az
www.ucnoqta.az

Ağsu sakinindən qanunsuz silah götürülüb

23:55 - 30 Yanvar 2022 tarixində dərc olunub.

Ağsu rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Çaparlı kənd sakini Cümşüd Ayadovdan müvafiq sənədləri olmayan “Tula” markalı ov tüfəngi götürülüb.

Bu barədə Ucnoqta.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib

Bildirilib ki, həmin şəxs barəsində protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.

Müəllif: