Ucnoqta.az
www.ucnoqta.az

Bakıda sərnişin avtobusu yeniyetmə qızı vurub

09:58 - 30 Yanvar 2022 tarixində dərc olunub.

Bakıda sərnişin avtobusu 14 yaşlı yeniyetməni vuraraq xəsarət yetirib.

Hadisə Səbail rayonunda qeydə alınıb. 125 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusu yolu keçən 2008-ci il təvəllüdlü Orucova Samiyyə Emin qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.///report

Müəllif: