Ucnoqta.az
www.ucnoqta.az

Türkiyə bayrağına qarşı hörmətsizlik edən şəxslə bağlı - <font color=red><b>AÇIQLAMA - VİDEO</b></font>

17:12 - 29 Yanvar 2022 tarixində dərc olunub.

"Bakıda Türkiyə bayrağına qarşı hörmətsizlik edən şəxslə bağlı araşdırma aparılır".

Bunu Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O qeyd edib ki, sosial şəbəkələrdə yayılan görüntülərdən nazirlik məlumatlıdır və araşdırmalara başlanılıb.

Xatırladaq ki, sosial şəbəkələrdə bir nəfər şəxsin Bakıda Türkiyə bayrağına qarşı hörmətsizlik etdiyi barədə görüntülər yayılıb.

Müəllif: