Ucnoqta.az
www.ucnoqta.az

Bir ailənin 5 üzvü dəm qazından zəhərləndi

10:46 - 29 Yanvar 2022 tarixində dərc olunub.

Sabirabad rayonunda bir ailənin üzvləri dəm qazından zəhərlənib.

Ucnoqta.az xəbər verir ki, hadisə rayonun Qaragüney kəndində qeydə alınıb.

Belə ki, həmin kənddə yaşayan Fərəcovlar ailəsinin 5 üzvü - Arzu, Səbinaz, Aysel, Adəm və Asif evdə dəm qazından zəhərlənib.

Onlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: