Ucnoqta.az
www.ucnoqta.az

Türkiyədə rekord sayda yoluxma qeydə alınıb

22:14 - 28 Yanvar 2022 tarixində dərc olunub.
Türkiyədə son sutkada rekord sayda - 93 586 nəfərdə koronavirus aşkarlanıb. “Report” “Anadolu”ya istinadən xəbər verir ki, ötən gün ölkədə 438 252 nəfərdən analiz nümunələri götürülüb. Məlumata görə, eyni dövr ərzində 210 nəfər COVID-19-dan ölüb. Eyni zamanda 85 503 nəfər sağalıb.
Müəllif: