Ucnoqta.az
www.ucnoqta.az

Vilayət Eyvazov bölmə rəisini nöqsanlara görə<font color=red><b> İŞDƏN ÇIXARDI</b></font>

16:04 - 28 Yanvar 2022 tarixində dərc olunub.

Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci polis bölməsinin rəisi, polis mayoru Aqşin Əhmədov xidmətdə yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.

Ucnoqta.az xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, A.Əhmədov işdən çıxarılıb.

Hazırda 5-ci polis bölməsinin rəisi vəzifəsini polis mayoru Əli Hüseynov icra edir.

Qeyd edək ki, həmin bölmədə xidməti yoxlama aparılıb. Yoxlama nəticəsində nöqsanlar aşkarlanıb və bir neçə polis zabitinə töhmət verilib.

Müəllif: