Ucnoqta.az
www.ucnoqta.az

Qətldə təqsirləndirilən gənc beynəlxalq axtarışa verilib -<font color=red><b> FOTO</b></font>

16:15 - 28 Yanvar 2022 tarixində dərc olunub.

Azərbaycan hüquq-mühafizə orqanları qətl törətməkdə təqsirləndirilən şəxsi beynəlxalq axtarışa verib.

Bu barədə məlumat İnterpolun saytında yerləşdirilib.

Bildirilib ki, 2002-ci il təvəllüdlü Nurlan Bağırov mütəşəkkil dəstə tərəfindən xüsusi amansızlıqla və ya ictimai təhlükəli üsulla törədilmiş adam öldürmə maddəsi ilə təqsirləndirilir. Onun saxlanılması üçün “qırmızı bülleten”lə İnterpola müraciət edilib.

Azərbaycan məhkəmələri tərəfindən N. Bağırov təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində dövlətlərarası axtarış elan olunub.///Apa

Müəllif: