Ucnoqta.az
www.ucnoqta.az

İcra başçısından yeni -<font color=red><b>TƏYİNAT - FOTO</b></font>

11:27 - 28 Yanvar 2022 tarixində dərc olunub.

Binəqədi Rayon İcra Hakimiyyəti (RİH) aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinə yeni müdir təyin olunub.

Bununla bağlı icra başçısı Elxan Allahverdiyev əmr imzalayıb. Əmrə əsasən, sözügedən vəzifəyə Hacıbaba Adil oğlu Babayev təyinat alıb.

Qeyd edək ki, H.Babayev bu təyinatadək RİH-də Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb.///Unikal

Müəllif: