Ucnoqta.az
www.ucnoqta.az

"Peyvənd sertifikatı" bu tarixdən etibarlı <font color=red><b>hesab edilməyəcək - VİDEO</b></font>

09:11 - 28 Yanvar 2022 tarixində dərc olunub.

Peyvəndin 2-ci dozasının üzərindən 6 aydan çox vaxt keçmiş şəxslərin "Peyvənd sertifikatı" fevralın 15-dən etibarlı hesab edilməyəcək.

Ucnoqta.az xəbər verir ki, həkim-infeksionist Vasif Əliyev deyib ki, COVID-19 virusunun yeni və sürətlə yayılan təhlükəli variantlarının yarada biləcəyi ağırlaşma hallarından qorunmağın ən effektiv yolu vaksinasiyadır.

Həkim infeksionist bildirib ki, tibb müəssisələrinin qarşısında uzun növbələrin yaranmaması üçün əhalinin indidən vaksinasiya üçün müraciətlər etmələri vacibdir. Çünki yaranan sıxlıq belə virusun yayılmasına bir növ vasitədir.

"Virusun yayıldığı bir dönəmdə "buster" dozanı vaxt itirmədən vurdurmaq lazımdır",- deyə Vasif Əliyev qeyd edib.

Müəllif: